“Rosqvardiya”da adam çatışmır... - Rusiya işğal altındakı ərazilərə nəzarət edə bilmir

28-04-2023, 10:14           
“Rosqvardiya”da adam çatışmır... -
“Rusiya Ukraynanın işğal olunmuş ərazilərinə nəzarət etmək üçün hərbçi tapa bilmir. Söhbət “Rosqvardiya”dan gedir”.

“AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, Pentaqonun mətbuata sızdırılmış məxfi sənədlərində belə deyilir.
Ətraflı

Məlumatda bildirilir ki, işğal altındakı əraziləri nəzarətdə saxlamalı olan “Rosqvardiya” çoxsaylı itkilər səbəbindən öz birbaşa funksiyalarının öhdəsindən gələ bilmir.

Sənəddə göstərilir ki, ötən ilin avqustunda Ukraynada 27.500 “Rosqvardiya” hərbçisi olub. Lakin ərazidə patrul nəzarətini yerinə yetirməli olan “rosqvardiyaçılar” döyüş əməliyyatlarına cəlb olunduqları üçün xeyli sayda itkilər veriblər. Bu səbəbdən sözügedən birləşmə hazırda işğal olunan ərazilərə nəzarət edəcək heyət çatışmazlığından əziyyət çəkir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru