Rusiya hakimiyyəti xaricdəki rus mafiyasını əməkdaşlığa cəlb edir – “The Economist”
28-04-2023, 11:35

Rusiyanı dünyanın maliyyə sistemindən və müasir texnologiyalardan qoparan sanksiyalar Moskvanı xaricdəki mafiyalara pul üçün müraciət etməyə məcbur edib. Beynəlxalq cinayətkarlıq üzrə mütəxəssislərin (Mark Qaleotti) “The Economist” nəşrinə danışdıqları kimi, Kreml mütəşəkkil cinayətkarlığın nümayəndələrini rusiyalı casusları maliyyələşdirməyə cəlb edir. Bunun üçün onlar gəlirlərinin bir hissəsini «qara hesablara» köçürməlidirlər.
Ekspertin sözlərinə görə, cinayətkarları həm də sanksiyalardan yan keçmək üçün cəlb etməyə başlayıblar. Onları yarımkeçiricilərin tədarükünə cəlb etmək istəyirlər - yarımkeçiricilərin istifadəsi isə hərbi ehtiyaclar üçün nəzərdə tutulur.
Rusiya Federasiyasına qarşı tətbiq olunmuş sanksiyalar Rusiyanın xaricdəki casus şəbəkəsinə ciddi zərər vurur. İtkiləri kompensasiya etmək üçün Kreml kibercasusluğu aktivləşdirməyə və Qərbə qaçqın adı ilə yeni casuslar göndərməyə məcbur olur, amma onlar əvvəlki agentləri tamdəyərli əvəzləyə bilmirlər.
Ətraflı
Nəşrdə xatırladırlar ki, ötən ilin payızında Milanda Krasnoyarsk diyarının qubernatoru Artyom Ussun oğlunu saxlayıblar. ABŞ-ın ittihamnaməsinə görə, o, digər rusiyalılarla birlikdə saxta şirkət üzərindən Amerika istehsalı olan qırıcılar, peyklər və digər hərbi işləmələr üçün raketlərin radar sistemləri alıb.
Mallar Almaniyaya çatdırılıb, sonra isə Rusiyaya, son istehlakçılara göndərilib. Onların arasında sanksiya altında olan «Radioavtomatika», «Radioeksport» və «Abtroniks» şirkətlərinin adları var. Sonradan bu komponentləri Ukraynadakı döyüş meydanında ələ keçirilmiş Rusiya hərbi texnikasında qeydə alıblar.
Nəşrin qiymətləndirməsinə görə, belə sistemlərin köməyi ilə 2022-ci ilin aprelindən noyabrına qədər Rusiyaya göndərilən və sanksiyalarla qadağan olunmuş yarımkeçiricilərin dəyərinin həcmi 2,6 milyard dollara çatıb.
AzPolitika.info