Laçın postunda ermənilər üçün pasport və rüsum tələbi - Bakıdan daha bir GEDİŞ

28-04-2023, 10:01           
Laçın postunda ermənilər üçün pasport və rüsum tələbi -
Dövlət Gömrük Komitəsinin Laçın yolundakı sərhəd-keçid məntəqəsində fəaliyyətə başlaması Bakının Xankəndinə doğru daha bir addımı kimi qiymətləndirilə bilər və bu, yaxın dövrdə tətbiq ediləcək bir sıra qərarlarla bağlı da ehtimalları önə çıxarır:

Birincisi, Ermənilərin Azərbaycan pasportuna sahib olması reallaşa bilər: Qarabağdakı ermənilər ya qondarma “pasport” daşıyır, ya da Ermənistan pasportu, bundan sonra onların Ermənistana gedişinə icazə verilsə də, geri qayıtmaq istəyənlərdən Azərbaycan pasportu tələb olunacaq; eyni zamanda, qondarma “pasport” daşıyanların çıxışı üçün də Azərbaycan pasportu tələb oluna bilər. Ki, bu yaxın dövrdə Azərbaycan pasportlarının Xankəndidə görünəcəyi gözləntisini artırır;

İkincisi, Bakı humanitar yüklərin Qarabağa daşınmasına bütün şəraiti yaradır, hərçənd, gömrükçülərin posta çıxması daşınan yüklərdən rüsumun alınacağı gözləntisini də gündəmə gətirir: Ermənistandan gələn yüklərə rüsum qoyan Azərbaycan bundan sonra Xankəndidəki erməni əhalisinin ehtiyacının təminatı ilə bağlı proqramını təqdim edəcək;


Artıq proses bu istiqamətdə gedir. Ermənilərin ilk dövrdə bunu etirazla qarşılayacağı aydındır, lakin buna məcbur olacaqlar və əhalini tədricən buna sövq edəcək. Və kənar güclərin Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasına qarşı heç bir təsir edə bilməməsi Bakının pasport və rüsum gedişinə də mane ola bilməyəcəkləri deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru