"Rusiya Paşinyanı cəzalandırmağa çalışdığı halda, Ermənistanı əlindən qaçırmaq istəmir"

2-05-2023, 00:02           
"Rusiya Paşinyanı cəzalandırmağa çalışdığı halda, Ermənistanı əlindən qaçırmaq istəmir"
XIX əsrdə başlayan və hələ də davam edən erməni xalqını istismaretmə müddəti indi də Rusiya və İran tərəfindən istifadə edilir.
TEREF.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay danışıb. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlar azad edildikdən sonra xüsusilə Qarabağ və Zəngəzur dəhlizinin açılması məsələsi bu gün Cənubi Qafqazda ən böyük problem hesab edilir.

Bir neçə gün əvvəl Azərbaycanın Laçın dəhlizində sərhəd məntəqəsi yaratması Rusiya tərəfindən səssizliklə qarşılanmasına baxmayaraq, Rusiya və İran səfirinin soyrıqım abidəsini ziyarət etməsi Azərbaycana və Türk dünyasına qarşı atılmış bir addımdır.

Hasan Oqtayın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” açıqlaması Qarabağ mövzusunda müxalif ermənilərlə, Qarabağ klanı ilə eyni fikirdə olmamasını açıq şəkildə ortaya qoyması bir baxımdan Rusiya ilə Azərbaycanı Qarabağ mövzusunda üz-üzə buraxdı.

Rusiyanın bu səssizliyi Ermənistanda Qərbə yönəlik bir bir keçid və münasibət ortaya qoyması Rusiyanı hərəkətə gətirdi. Və Rusiya aprelin 24-də Ermənistanda soyqırım abidəsini səfirin ziyarət etməsi ilə həmrəylini göstərməyə çalışdı.

“Rusiya bir tərəfdən Paşinyanı cəzalandırmağa çalışdığı halda, digər tərəfdən də Ermənistanı əlindən qaçırmaq istəmir”,- deyən Hasan Oktay bildirib ki, İran-Rusiya İttifaqı Cənubi Qafqazda Türkiyə-Ermənistan-Azərbaycan İttifaqına qarşı hərəkətə başlamış vəziyyətdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.