Mirzoyanla bərabər, danışıqlarda niyə o da iştirak edir? - İLGİNC

2-05-2023, 13:13           
Mirzoyanla bərabər, danışıqlarda niyə o da iştirak edir? - İLGİNC
Ötən gündən Vaşinqtonda başlayan və həftə sonuna qədər davam edəcəyi gözlənilən Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlarda Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan da iştirak edir.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, erməni mediası bunu təsadüfi saymayıb. İddia edilir ki, bu, Türkiyənin tələbi ilə bağlıdır. Belə ki, Türkiyə Azərbaycanla münasibətlərin nizamlanmayacağı təqdirdə Ermənistan-Türkiyə əlaqələrinin normallaşması və sərhədlərin açılmasını istisna edib.

Qeyd edək ki, Ruben Rubinyanın başçılıq etdiyi nümayəndə heyəti Vaşinqtona Mirzoyandan bir gün əvvəl – aprelin 29-da gedib. R.Rubinyanın 5 maya qədər Vaşinqtonda müxtəlif səpkidə görüşlər keçirəcəyi bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru