Vaşinqtonun ardından Moskva GÖRÜŞÜ... - Kreml də dinc dayanmır
2-05-2023, 14:04
Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan Moskvada görüşəcək.
TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə komissiyasının sədri Arman Yeqoyan bu gün keçirilən brifinqdə açıqlayıb.
“Bununla bağlı ilkin razılıq var”, - Yeqoyan bildirib.
Yeqoyan əlavə edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüş keçirməyə hazırlaşır.