İran terrorçuları Azərbaycana verməkdən imtina etdi

3-05-2023, 12:27           
İran terrorçuları Azərbaycana verməkdən imtina etdi
İran terrorçuluqla məşğul olan azərbaycanlıları ölkəmizə verməkdən imtina edib.

Lent.az xəbər verir ki, bu barədə “MOUZE“ teleqram kanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

İranda terrorçu “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun molla rejimi tərəfindən həbs edilməsi barədə xəbər vermişdik.

Azərbaycan həmin şəxslərin tutularaq ölkəmizə təhvil verilməsini tələb edib.

İran hökuməti onları saxlasa da, Azərbaycana verməkdən imtina edib və sərbəst buraxıb.

Bu, İranın molla rejiminin Azərbaycana qarşı növbəti riyakarlığıdır.

Qeyd edək ki, Tohid İbrahimbəyli və Orxan Məmmədov Azərbaycanda “Kərimə dövləti”nin qurulması barədə çağırış edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru