Kanada İrana qarşı sanksiyaları genişləndirir

4-05-2023, 09:24           
Kanada İrana qarşı sanksiyaları genişləndirir
Kanada hakimiyyəti İrana qarşı sanksiyalar siyahısına daha doqquz şəxs və bir təşkilat əlavə edib.

Bu barədə çərşənbə günü Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Ottavaya görə, yeni müttəhimlər İranda insan hüquqlarının pozulması ilə bağlıdır. Onların arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və əxlaq polisinin nümayəndələri də var.

Həmçinin. Rusiyaya PUA tədarükü ilə əlaqəli olan “Paravar Pars” şirkətinin, eləcə də İran həbsxanalarından birinin rəhbərliyi də məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.
Qeyd edək ki, siyahıda olan İran vətəndaşlarının Şimali Amerika ölkəsinə girişi qadağan ediləcək və onların Kanadadakı mümkün bank hesabları dondurulacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru