Azərbaycan BMT Baş Assambleyasının prezidentinin başlatdığı kampaniyaya qoşulub

5-05-2023, 07:54           
Azərbaycan BMT Baş Assambleyasının prezidentinin başlatdığı kampaniyaya qoşulub
Azərbaycan BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşinin başlatdığı gender bərabərliyinə dəstək kampaniyasına qoşulub.

“Report”un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, BMT-yə üzv dövlətlərdən Azərbaycan, Bolqarıstan, Danimarka, Salvador, Estoniya, Macarıstan, İtaliya, Latviya, Maldiv adaları, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Toqo Assambleya prezidentinə dəstəklərini nümayiş etdiriblər: “BMT-dəki Daimi Nümayəndəliklərin əməkdaşları gender bərabərliyinin təşviqi və cinsi zorakılığın qarşısının alınması üzrə BMT-nin təlimini başa çatdırmağı öhdələrinə götürüblər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru