Paşinyan təsadüfən demirmiş: Görüş olacaq?

5-05-2023, 09:15           
Paşinyan təsadüfən demirmiş:
İyunun 1-də Avropa Siyasi Birliyi Forumu çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin görüşü mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri Fransa xarici işlər naziri Katrin Kolonna “France Inter” radiostansiyasına müsahibəsində deyib.

Fransız diplomat təfərrüat haqda danışmayıb.

Qeyd edək ki, mayın 3-də parlamentdə çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan 1 iyunda Kişinyovda Azərbaycanla sülh sazişi imzalanacağı halda sevinəcəyini bildirmişdi.

Avropa Siyasi Birliyi Forumu Kişinyovda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru