Beynəlxalq münaqişələr üzrə tədqiqatçı: “Polşanın ambisiyaları Avropada yeni münaqişəyə səbəb ola bilər”

9-05-2023, 12:38           
Beynəlxalq münaqişələr üzrə tədqiqatçı:
“Polşa hakimiyyətinin Almaniyadan müharibə təzminatına nail olmaq istəyi Avropada yeni münaqişənin başlanmasına səbəb ola bilər”.

Bu sözləri beynəlxalq münaqişələr üzrə tədqiqatçı, analitik Uriel Araujo “InfoBrics” portalı üçün məqaləsində deyib.

O bildirib ki, hazırda Polşa hakimiyyəti öz sözlərinin və hərəkətlərinin nəyə gətirib çıxara biləcəyi barədə düşünmür.

“Berlin və Varşava arasındakı qarşıdurma Qərb alyansı daxilində növbəti çatdır”, - deyə Araujo qeyd edib.
Onun sözlərinə görə, bundan əlavə, hazırda Polşa nümayəndələri Amerika Birləşmiş Ştatlarının Avropada əsas vassalı olmaq üçün əllərindən gələni edirlər. “Xüsusilə Varşava Ukraynadakı müharibədən öz maraqlarını təmin etmək üçün istifadə edir. Lakin Avropanın siyasi və iqtisadi lideri olan Almaniya liderliyindən əl çəkmək istəmir. Bütün bunlar gələcəkdə Almaniya ilə Polşa arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər”, - deyə o vurğulayıb.

Mənbə: MK.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru