Stoltenberq: "Aİ NATO-nun köməyi olmadan Avropanı qoruya bilməyəcək"

10-05-2023, 00:24           
Stoltenberq: "Aİ NATO-nun köməyi olmadan Avropanı qoruya bilməyəcək"
Avropa İttifaqı digər NATO ölkələrinin köməyi olmadan qitəni təkbaşına müdafiə edə bilməyəcək.
"Report" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq "The Washington Post"a müsahibəsində deyib.

"Avropa İttifaqının müdafiə sahəsindəki səylərini alqışlayırıq. Biz bir-birini təkrarlamaqdan və rəqabətdən qaçmalıyıq, çünki Aİ qitəni qoruya bilmir. NATO-nun müdafiə xərclərinin 80%-i Aİ-yə daxil olmayan müttəfiqlərdən gəlir. Bu, həm də coğrafiya ilə bağlıdır. ABŞ, Kanada və Böyük Britaniya Avropanın müdafiəsi üçün həlledici rol oynayır”, - NATO-nun Baş katibi bildirib.

Onun sözlərinə görə, Şimali Amerika ilə Avropa arasında əlaqəni zəiflətmək cəhdləri yalnız NATO-nun deyil, həm də qitənin parçalanmasına gətirib çıxaracaq.

"Ukraynadakı müharibədən bir şey öyrənmişiksə, bu, Şimali Amerika və Avropanın bir yerdə olmasıdır", - Stoltenberq qeyd edib.

O əlavə edib ki, ABŞ, Kanada və Böyük Britaniya 2014-cü ildən Ukrayna hərbçilərinə təlim keçib və hazırda Ukraynaya əhəmiyyətli dəstək verirlər. Alyans rəhbərinin sözlərinə görə, Kiyevə yardımın 78%-i Aİ üzvü olmayan NATO müttəfiqlərinin payına düşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru