Estoniya - Rusiya sərhədində Putinin “qanlı” təsviri peyda oldu – FOTO

10-05-2023, 09:38           
Estoniya - Rusiya sərhədində Putinin “qanlı” təsviri peyda oldu – FOTO
Estoniyada Rusiya ilə sərhəddə yerləşən Narva qəsrinin divarında Rusiya prezidenti Vladimir Putinin təsviri olan plakat peyda olub.

Təsvirin üzərində dövlət başçısını hərbi cinayətlərdə ittiham edən şüar yazılıb.

Məlumata görə, aksiya 9 May Qələbə günü səbəbindən Narva Muzeyi tərəfindən təşkil olunub.

Bildirilib ki, əlamətdar tarix münasibətilə Estoniya ilə sərhəddəki İvanqorod qalası yaxınlığında (Leninqrad vilayəti) konsert təşki olunub və sözügedən plakat tədbirə qatılan iştirakçıların sərhədin o tayındakı təsviri aydın şəkildə görə bilməsi üçün asılıb.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru