Braziliya prezidenti Ukrayna ilə bağlı təklif verəcək: “Qeyri-mümkün olduğunu düşünsəydim, öhdəmə götürməzdim”

11-05-2023, 12:14           
Braziliya prezidenti Ukrayna ilə bağlı təklif verəcək:
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva növbəti dəfə Ukrayna və Rusiya arasında sülh danışıqlarında vasitəçilik etmək istədiyini açıqlayıb.

O, Yaponiyada keçiriləcək G7 sammitində bu məsələni müzakirə etmək niyyətindədir.

Braziliya lideri Niderlandın baş naziri ilə görüşü zamanı deyib ki, Ukraynada sülh danışıqlar yolu ilə əldə edilə bilər. Onun fikrincə, Braziliya “qızıl orta”nı tapmağa kömək edə bilər.

Ukrayna faktiki olaraq ərazisinin işğalı ilə barışa bilmir və müqavimət göstərməlidir. Avropa İttifaqı öz qərarında haqlıdır (Ukraynaya dəstək vermək barədə - red.). Braziliya və digər ölkələr isə “qızıl orta”nın tapılması istəyində haqlıdırlar. Məncə, bu mümkündür. Əgər mən bunun qeyri-mümkün olduğunu düşünsəydim, öhdəmə götürməzdim”, - deyə Lula da Silva qeyd edib.
O bildirib ki, artıq Çin, Böyük Britaniya və Niderland liderləri ilə Ukrayna müharibəsinin nizamlanması üzrə müzakirələr aparıb.

Mənbə: RBC-Ukraina












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru