ABŞ rusiyalı oliqarxın pullarını Ukraynaya göndərir

11-05-2023, 12:18           
ABŞ rusiyalı oliqarxın pullarını Ukraynaya göndərir
Amerika Birləşmiş Ştatları ilk dəfə olaraq müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynaya göndərilməsinə icazə verib.

Bunu ABŞ-nin baş prokuroru Merrik Qarland deyib.

Onun sözlərinə görə, hələ 2022-ci ildə ABŞ Ədliyyə Nazirliyi rusiyalı oliqarx Konstantin Malofeyevi ölkəsinin Ukraynaya müdaxiləsindən sonra ona qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham edib. ABŞ onun Krımda separatizmi təbliğ edən rusiyalıları maliyyələşdirdiyini bildirib.

Qarland xatırladıb ki, o zaman Malofeyevin sanksiyaları pozması ilə bağlı ABŞ oliqarxa bağlı maliyyə institutunun hesabındakı milyonlarla dolların müsadirəsini elan edib. 2023-cü ilin fevralında bu pulun Ukraynada istifadəyəsinə icazə verilib.
“Bu, Ukraynanın yenidən qurulması üçün müsadirə edilmiş Rusiya vəsaitlərinin ABŞ tərəfindən ilk transferi olsa da, sonuncu olmayacaq”, - Qarland qeyd edib.

Mənbə: rbc.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru