Tramp Putinin haqqında bu sözü işlətməkdən imtina etdi
11-05-2023, 10:07
Tramp Putini hərbi cinayətkar adlandırmaqdan imtina edib.
Publika.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini hərbi cinayətkar adlandırmaqdan imtina edib. O, bunun Rusiya Federasiyası ilə danışıqlara zərər verə biləcəyini düşünür.
Rusiya prezidentini hərbi cinayətkar hesab edirsinizmi sualına o, “Məncə, bunu indi müzakirəyə çıxarmaq lazım deyil” deyib.
“Əgər onun hərbi cinayətkar olduğunu desəniz, bu işin həlli (müharibəyə son qoyulması – red.) üçün saziş bağlamaq çox çətin olacaq”, - Tramp öz mövqeyini açıqlayıb.
Tramp Putini “çox ağıllı” və “çox hiyləgər” adlandırıb. Eyni zamanda o hesab edir ki, Putin Ukraynaya hücum etməklə ciddi səhvə yol verib.
"Onun səhvi o idi ki, işğal etdi. Mən prezident olsaydım, heç vaxt işğal etməzdi", - ABŞ-ın sabiq prezidenti əlavə edib.