"NATO ölkələri hazır olmalıdır, münaqişə hər an başlaya bilər" - Admiral

11-05-2023, 11:13           
"NATO ölkələri hazır olmalıdır, münaqişə hər an başlaya bilər" - Admiral
“NATO və milli səviyyələrdə hərbi planlaşdırmanın inteqrasiyası bizə imkan verəcək ki, birliyə nail olaq"...

NATO ölkələri hər an başlaya biləcək mümkün münaqişəyə hazır olmalıdırlar.

Poliqon "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.

Onun sözlərinə görə, Alyansın hərbi xidmətləri Rusiyanın getdikcə aqressivləşən hərəkətlərini izləyir: "Biz hazır olmalıyıq, münaqişə hər an qapımızı döyə bilər".

O qeyd edib ki, NATO-nun birgə səyləri Soyuq müharibədən sonra ən əhəmiyyətli möhkəmlənməyə nail ola bilib, lakin iş hələ bitməyib: “NATO və milli səviyyələrdə hərbi planlaşdırmanın inteqrasiyası bizə imkan verəcək ki, birliyə nail olaq".

Bauer yanvarda xəbərdarlıq etmişdi ki, NATO-nun Rusiya ilə müharibə təhlükəsi qalmaqdadır. Onun fikrincə, Rusiyanın Ukraynadakı əməliyyatının nəticəsindən asılı olmayaraq, silahlı qarşıdurma mümkündür.

Poliqon.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru