"Moskva 3 günə müharibəni bitirəcəkdi, Ukrayna bizi təəccübləndirdi" - NATO

11-05-2023, 11:39           
"Moskva 3 günə müharibəni bitirəcəkdi,
"Moskvanın 3 gündə qazanmağı umduğu müharibə 15-ci ayına daxil olur".

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri NATO Hərbi Komitəsinin sədri Rob Bauer Brüsseldə NATO ölkələrinin baş qərargah rəislərinin toplantısından sonra deyib.
O, Rusiya ilə Ukrayna arasındakı müharibənin NATO siyasətinə həlledici təsir göstərdiyini bildirib:

“Rusiya Ukrayna müharibəsi və Avro-Atlantik bölgənin təhlükəsizliyi ilə bağlı təhdid on illərdən bəri ən yüksək səviyyədədir. Moskvanın 3 gündə qazanmağı umduğu müharibə 15-ci ayına daxil olur. Ukrayna xalqı və Ukrayna ordusu bizi təəccübləndirməyə davam edir. Ukraynalı həmkarlarımız son vəziyyətlə bağlı detallı hesabat təqdim ediblər. NATO nə qədər lazımdırsa, Ukraynanı o qədər dəstəkləyəcək.

Rusiya beynəlxalq nizamı sarsıdıb. Təəssüf ki, bu vəziyyət bizi ümumi müdafiə dövrünə itələyib. Biz yox, rəqiblərimiz bu gündəmi müəyyənləşdirib. NATO və ittifaq üzvlərinin hərbi planlarını uyğunlaşdırdıqca, biz hamımız eyni kompası izləyəcəyik”,- deyə o söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru