Putin düyməyə basdı: - "Erməni təxribatının arxasında Rusiya dayanır"

11-05-2023, 12:21           
Putin düyməyə basdı: -
“Ermənistanın son təxribatının arxasında Rusiya dayanır”.

TEREF.AZ bildirir ki, bu sözləri politoloq Elçin Xalidbəyli Cebhe.info-ya son erməni təxribatı barədə şərhində bildirib.

Politoloq Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində hərbi-siyasi vəziyyətin gərginləşməsini bu cür şərh edib:

“Vaşinqton görüşündən sonra Rusiyanın Azərbaycana, ümumiyyətlə sülh prosesinə qarşı təxribatları gözlənilən idi. Ola bilsin ki, Kəlbəcər istiqamətində mövqelərimizin atəşə tutulması təxribatlar zəngirinin ilk həlqəsi kimi ortaya çıxmış bir hadisədir. Amma yaxın vaxtlarda Moskvanın təhriki ilə yeni təxribatların baş verməsi gözləniləndir”.

O bildirib ki, Ermənistan hakimiyyəti də belə təxribatlarda maraqlıdır:

“Çünki Vaşinqton görüşündə Ermənistan faktiki olaraq Azərbaycanın qarşısında diplomatik-siyasi məğlubiyyətə uğrayıb. Bu görüşdə demək olar ki, İrəvanın heç bir tələbi həyata keçmədi. Bundan başqa, üç-dörd gün sonra Brüsseldə növbəti üçtərəfli görüşün keçirilməsi gözlənilir. Son təxribat həmin görüşün qarşısının alınması taktikası kimi başa düşülə bilər”.

Qeyd edək ki, mayın 10-da gecə saatlardan bəri Ermənistan Silahlı Qüvvələrinin bölmələri iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Basarkeçər istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərinə atəşə tuturlar. Hazırda Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.