Ruslar Qarabağdan ÇIXANA OXŞAMIRLAR... - Bunu rus ekspert də ETİRAF EDİR

16-05-2023, 09:35           
Ruslar Qarabağdan ÇIXANA OXŞAMIRLAR... -
Rusiya təbii ki, Cənubi Qafqazda statusunu və təsirini saxlamaq istəyir və bu baxımdan sülhməramlılar məsələsi ortaya çıxır.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, bu sözləri MDB Dövlətləri İnstitutunun Ermənistan bölməsinin direktoru Aleksandr Markarov deyib.

O bildirib ki, əgər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nəticəsində Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınırsa və Qarabağ ermənilərinin hüquqları Azərbaycan dövləti tərəfindən qorunursa, onda sülhməramlıların mandatı nə olacaq və onlar öz missiyalarını necə davam etdirə bilərlər?

“Təbii ki, Rusiyanın Cənubi Qafqazda öz təsirini saxlamaq istəyi var, lakin bunun üçün bu təsirin saxlanmasını təmin edəcək alətlər və mexanizmlər lazımdır. Mexanizmlərdən biri (Azərbaycanda) sülhməramlıların, Ermənistanda isə iqtisadi əməkdaşlıq və Rusiya hərbi bazasının olmasıdır”, - deyə Markarov bildirib.

Markarov onu da diqqətə çatdırıb ki, nüfuz mübarizəsində kimin təsir mexanizmləri daha çoxdursa, o, daha yaxşı vəziyyətdə olur:

“İndi Rusiyanın əsas diqqəti Ukraynaya yönəlib, lakin onların Cənubi Qafqazı unutduğunu söyləmək çətindir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru