Cənubi Koreya Ukraynanı silahla təchiz etməsi planlarını açıqladı

26-05-2023, 13:54           
Cənubi Koreya Ukraynanı silahla təchiz etməsi planlarını açıqladı
Cənubi Koreya gələcəkdə Ukraynanı silahla təchiz edə bilər.

Bu barədə Cənubi Koreya prezident administrasiyasının milli təhlükəsizlik şöbəsindən bildirilib.

Bildirilir ki ki, indiyədək Seul Kiyevə yalnız humanitar və maliyyə yardımı edib. Lakin indi Cənubi Koreya sursat tədarükü imkanlarını nəzərdən keçirməyi planlaşdırır. Belə bir qərar ərazidə vəziyyətin monitorinqindən sonra veriləcək.
Xatırladaq ki, bundan əvvəl Cənubi Koreya Prezidenti Yun Sok Yol Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra Kiyevə əlavə yardım, xüsusən də mina təmizləmə avadanlıqları və təcili yardım maşınları vəd edib.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru