Priqojin rusiya müdafiə nazirinin müavini ilə görüşdü, tələblərini açıqladı - FOTO/VİDEO

24-06-2023, 10:18           
Priqojin rusiya müdafiə nazirinin müavini ilə görüşdü, tələblərini açıqladı - FOTO/VİDEO
“Vaqner”-in rəhbəri Yevgeni Priqojin Rostov-na-Donuda Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargah rəisinin müavini Vladimir Alekseyevlə görüşüb.

Demokrat.az xəbər verir ki, iyunun 24-də səhər saatlarında “Vaqner”in teleqram kanalında görüşlə bağlı video yayılıb.

Priqojin söhbətində bildirib ki, Vaqner Baş Qərargah rəisi Valeri Gerasimovu və müdafiə naziri Sergey Şoyqunu “təhvil alana qədər” muzdlular Rostov şəhərini blokadaya alacaqlar və “Moskvaya gedəcəklər”.

Videonun Cənub Hərbi Dairəsinin qərargahında lentə alındığı iddia edilir.//Azpostinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru