Rusiya MN-dən "vaqnerçilər"ə müraciət: "üsyanda iştirak edirsiniz"

24-06-2023, 10:42           
Rusiya MN-dən "vaqnerçilər"ə müraciət: "üsyanda iştirak edirsiniz"
Rusiya Federasiyasının Müdafiə Nazirliyi (MN) “Vaqner” PMC-nin döyüşçülərinə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, MN döyüşçülərin aldadılıb cinayət avantürasına düşdüklərini bəyan edərək, onları silahlı üsyanda iştirakdan imtina etməyə çağırıb.
““Vaqner” PMC hücum dəstələrinin döyüşçülərinə müraciət edirik. Siz Priqojinin kriminal macərasına və silahlı üsyanda iştiraka aldandınız. Bir neçə dəstədən olan bir çox yoldaşlarınız öz daimi dislokasiya məntəqələrinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün kömək istəməklə öz səhvlərini artıq başa düşüblər”, - Nazirliyin məlumatında deyilir.
Bildirilib ki, müraciət edən bütün döyüşçülərə və komandirlərə artıq hər cür köməklik göstərilib:
“Sizdən ehtiyatlı olmanızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Biz hər kəsin təhlükəsizliyinə zəmanət veririk”.
Qeyd edək ki, “Vaqner” PMC-nin təsisçisi və rəhbəri Yevgeni Priqojin ötən gün Rusiya Müdafiə Nazirliyini artilleriya və hücum helikopterlərindən istifadə etməklə onun yarımhərbi birləşməsinin arxa düşərgələrinə raket zərbələri endirməkdə ittiham edib. Priqojinin Teleqram kanalında yayılan səs yazısında PMC-nin “ölkənin hərbi rəhbərliyinin daşıdığı şər”i dayandırmaq niyyətində olduğu bəyan edilib. Bildirilib ki, qarşılarına çıxan bütün maneələr məhv ediləcək.
Priqojin, “ədalətin bərpasından sonra” “Vaqner” PMC-ni Ukrayna cəbhəsinə qaytaracağına söz verib. O, sərəncamında 25 min döyüşçünün olduğunu əlavə edib və nizami ordu hərbçiləri də daxil olmaqla, bütün istəkli rusları onlara qoşulmağa çağırıb.
Federal Təhlükəsizlik Xidməti silahlı üsyan faktı ilə bağlı cinayət işi açıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.