Rusiya müxalifətindən Priqojinə dəstək

24-06-2023, 11:38           
Rusiya müxalifətindən Priqojinə dəstək
Rusiyalı müxalifətçi Mixail Xodorkovski “Vaqner” rəhbəri Yevgeni Priqojini dəstəklədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Xodorkovski bununla bağlı Teleqram kanalında yazıb.

“Yarımçıq və hazırlıqsız olmasına baxmayaraq, Priqojinin qiyamı Putinin reputasiyasına zərbədir. Baş verənlər onu göstərir ki, “Vaqner” və onun lideri Kremlin nəzarətindən çıxıb. Hazırda Priqojin müharibənin əvvəlindən müharinə əleyhinə olanların dediklərini sözbəsöz təkrar edir”, - Xodorkovski bildriib.

Müxalifətçi öz tərəfdarlarını vaqnerçilər və onların liderlərinə dəstək verməyə çağırıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

“Vaqner”in gecə saatlarında Rostovu, səhər isə Voroneji ələ keçirdiyi, hazırda isə Moskvaya doğru hərəkət etdiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.