Diplomatik korpusda səssiz itaətsizlik, yoxsa nazirin qeyri-peşəkar tələskənliyi?

9-07-2023, 18:46           
Diplomatik korpusda səssiz itaətsizlik, yoxsa nazirin qeyri-peşəkar tələskənliyi?
Ceyhun Bayramov Rusiya XİN-in sözçüsü Mariya Zaxarovaya yaxşı cavab verib.
O, Zaxarovanın "Laçın dəhlizi ilə sərbəst hərəkəti təmin etmək" çağırışına cavab olaraq bildirib ki, "Azərbaycan kimlərinsə çağırışı və baxışına görə yox, öz milli maraqlarına görə siyasət həyata keçirir".
İnsafən, pis cavab deyil. Amma məni maraqlandıran başqa məqam var; Zaxarova kimdir ki, ona Ceyhun Bayramov cavab verir? Zaxarovanın Azərbaycan XİN-də tərəf-müqabili uzaqbaşı Ayxan Hacızadə ola bilər. Hansı ki, son zamanlar bu cür məsələlərdə hörmətli Ayxan müəllimin fəalllğını görürdük.
Lənət şeytana, olmaya, Diplomatiya Günü münasibətilə ancaq özüylə Təhsil Nazirliyindən gətirdiklərini mükafatlandırılmağa layiq görən cənab nazir digər əməkdaşlarının passiv itaətsizliyi sindromu ilə üzləşib və nəticədə meydanda tək qalıb? Odur ki, Zaxarova kimi uşaq-muşağa da özü cavab verir?
Cənab Ceyhun müəllim, buna görə deyirdik ki, diplomatlara qarşı bir az "vnimatelni" olmaq lazımdır.
Heyder Oguz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.