Ukraynada son baş verənlər: Rusiya mediası Vaqner Qrupunun qiyamına hazır deyildi

10-07-2023, 11:04           
Ukraynada son baş verənlər:
Rusiyanın Ukraynaya hərbi müdaxiləsində son baş verənlər:

Ukraynanın hərbi kəşfiyyatı şənbə günü bildirib ki, Rusiya Zaporijye Atom Elektrik Stansiyasının ətrafındakı ərazilərə mina və partlayıcı maddələr təchiz etməyə davam edir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertləri nüvə stansiyasında apardıqları yoxlamalar zamanı hələ də heç bir partlayıcı tapmadıqlarını, lakin bununla bərabər onlara damı yoxlamaq icazəsi verilmədiyini bildiriblər.
Türkiyə Ukraynanın NATO-ya daxil olmasının tərəfdarıdır. “Şübhəsiz, Ukrayna NATO-da olmağa layiqdir”. Bu sözləri Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenskinin İstanbula səfəri zamanı deyib.
Vaqner muzdlu döyüşçüləri Rusiyanın hərbi rəhbərliyinə qarşı qiyamının qarşısını alan razılaşmaya əsasən Belarusa köçməyə hazırlaşırlar. Bunu qrupun yüksək rütbəli komandiri bildirib. Qrupun lideri Yevgeni Priqojinin və muzdlularının dəqiq harada olduğu aydın deyil.
Polşa iyulun 9-da ölkənin şərqinə 1000-dən çox əsgərini köçürməyə başlayıb. Müdafiə nazir bunu Vaqner Qrupu muzdlularının Belarusda yerləşməsilə sərhəddə gərginliyin artmasına səbəb ola biləcəyi ilə bağlı narahatlığın artması fonunda bildirib.
Britaniya Müdafiə Nazirliyi iyulun 8-də bildirib ki, Rusiya dövlət mediası keçən ay Vaqner Qrupunun qiyamına hazırlıqsız olub. Bu barədə nazirliyin Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı gündəlik kəşfiyyat məlumatında deyilir.

Nazirlik əlavə edir ki, qiyam bitdikdən sonra Rusiya dövlət media qurumları Rusiya təhlükəsizlik qüvvələrinin Vaqner muzdluları ilə mübarizədə “passiv” rol oynaması ilə bağlı xəbərlərə əks hekayələr hazırlayıblar. Hesabata görə, dövlət mediası həm də Rusiya prezidenti Vladimir Putinin üsyanı qan tökmədən yatırmaqla zəfər qazandığını bildirən süjetlər hazırlayıblar.

Ukraynanın şərqindəki Donetsk vilayətinin əsas dəmir yolu qovşağı olan Liman şəhərində şənbə günü Rusiya artilleriyasının açdığı atəş nəticəsində azı 8 dinc sakin həlak olub, 13 nəfər yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya qüvvələri Liman ərazisində irəliləməyə çalışıb, lakin dəf edilib. Bildirilib ki, ən azı 10 şəhər və kənd atəşə tutulub və nəticədə yaranan alov səbəbilə ərazidə bir ev, bir mətbəə və üç avtomobil yanıb.

Hücumlar Rusiyanın Ukrayna işğalının 500-cü gününə təsadüf edib.

Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 500-cü günündə, etdiyi müraciətində əsgərlərə təşəkkür edib.

“Əsgərlərimizin hər biri… Bizim Silahlı Qüvvələrimiz, Milli Qvardiya, bizim sərhədçilərimiz, Ukrayna Təhlükəsizlik Xidməti, Milli Polis, vasitəçi zabitlərimiz, xalqımız…Sizə təşəkkür edirəm! Ukrayna üçün döyüşən hər kəsə təşəkkür edirəm…Biz mütləq qalib gələcəyik,” o deyib.

Zelenski müraciətini Zmeynıy (İlan) adasında edib. Orada, Rusiyanın hərbi müdaxiləsinin ilk günlərində adanı müdafiə edən əsgərlər Rusiyanın təslim olmaq əmrinə verdikləri cavabla tanınmışdılar. Rusiya daha sonra adanı ələ keçirsə də, Ukrayna onu geri alıb.

ABŞ-ın dövlət katibi Antoni Blinken Ukraynada müharibənin 500-cü günü ilə bağlı verdiyi açıqlamada Ukraynanın möhkəmliyini alqışlayıb.

“Birləşmiş Ştatlar Ukraynaya özünü müdafiə etmək və gələcəyini bərpa etməkdə kömək etməkdə sadiqdir. Ukrayna xalqı hər gün Moskvanın qəddar, amansız hücumlarına qarşı müdafiədə öz möhkəmliyini və birliyini nümayiş etdirir. Böyük çətinliklər qarşısında Ukrayna xalqı dünyanı ruhlandırır, bizə BMT Nizamnaməsinin prinsiplərinə riayət etməyin vacibliyini xatırladır”, - ABŞ diplomatı bildirib.

Şənbə günü səhər Türkiyə səfərindən qayıdan Zelenski Rusiya tərəfindən işğal olunmuş Mariupol şəhərindəki Ukrayna qarnizonunun beş keçmiş komandirini vətənə gətirib.

Üç aylıq mühasirədən sonra şəhər Rusiya qüvvələri tərəfindən ələ keçirildi və beş döyüşçü Türkiyəyə göndərildi və onlar Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında əsir mübadiləsi çərçivəsində müharibənin sonuna qədər burada qalmalı idilər.

Rusiya onların azad edilməsini pisləyib. Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin məhbus mübadiləsi şərtlərini pozduğunu və Moskvaya məlumat vermədiyini bildirib.

Peskov bildirib ki, azadlığa çıxma Türkiyəyə NATO müttəfiqlərinin gələn həftə keçiriləcək sammit ərəfəsində təzyiqinin nəticəsidir və burada Ukrayna hərbi alyansa gələcək üzvlüyü ilə bağlı müsbət siqnal almağa ümid edir.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.