"Donald Trampın keçmiş günlərdə o 24 saatı var idi" - Ukrayna Prezidenti

10-07-2023, 08:28           
"Donald Trampın keçmiş günlərdə o 24 saatı var idi" -
“Söhbət Ukrayna ərazilərinin təhvil verilməsindən gedirsə, ABŞ prezidenti Cozef Bayden Ukraynadakı münaqişəni beş dəqiqəyə bitirə bilər, lakin Kiyev bununla razılaşmır”.

TEREF.AZ xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News”a müsahibəsində deyib.

“Əgər biz münaqişəni Ukraynanın ərazi itirməsi bahasına başa vurmaqdan, yəni bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, məncə, bu yolla Bayden bunu beş dəqiqəyə bitirə bilər. Amma biz razı olmazdıq”- deyə, o qeyd edib.

O, 24 saat ərzində hərbi əməliyyatları dayandıracağını vəd edən ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərinə də münasibət bildirib. Zelenski xatırladıb ki, onun dövlət başçısı olarkən belə bir şansı artıq olub:

“Münaqişəni bitirmək istəyi çox gözəldir. Amma bu arzu hansısa real təcrübəyə əsaslanmalıdır. Deyəsən, Donald Trampın keçmiş günlərdə o 24 saatı var idi. Onun bu vaxtı var idi, amma görünür, başqa prioritetləri mövcud idi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru