“Gələcəkdə Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq” - Ştaynmayer

10-07-2023, 08:36           
“Gələcəkdə Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq” - Ştaynmayer
“Gələcəkdə Avropanın təhlükəsizliyi Rusiyasız təmin olunacaq”.

“Report” xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer bəyan edib.

Onun sözlərinə görə, təkcə Almaniya deyil, ABŞ və bir çox başqa ölkələr Avropada Rusiyanın da daxil olduğu təhlükəsizlik arxitekturası yaratmağa çalışıblar: “Sonda alınmadı. Biz də bunu bacara bilmədik. İndi bundan gələcək üçün nəticə çıxarmaq lazımdır. Təəssüf ki, bu o deməkdir ki, gələcəkdə Avropanın təhlükəsizliyi artıq Rusiya ilə ortaq təhlükəsizlik olmayacaq. Amma biz bir-birimizi qoruyacağıq - Avropa üçün, müttəfiqlik və ittifaq üçün daha yaxşı müdafiəni təşkil etmək üçün müdafiə büdcəmizə böyük xərclər sərf etməklə”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru