“Ehtiyatlı olun!” - Bayden Çinə xəbərdarlıq etdi

10-07-2023, 11:44           
“Ehtiyatlı olun!” -
Ağ Ev rəhbəri Çinə xəbərdarlıq edib ki, ölkə rəhbərliyi Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verməsin və bu məsələdə ehtiyatlı davransın.

Xüsusilə, Bayden Amerika və Avropa şirkətlərinin Çindən çıxmasına eyham vurub.

Amerika lideri hesab edir ki, həm Vaşinqton, həm də Pekinə faydalı olacaq işgüzar əlaqələr qurmaq üçün hələ də şans var.

Onun sözlərinə görə, Çin rəhbəri bu barədə onunla mübahisə etməyib və Çinin “Rusiyanın ardınca getmədiyini” qeyd edib.

“O, nüvə müharibəsinin fəlakət olmasından danışır, təhlükəsizliyə böyük önəm verir. Ona görə də düşünürəm ki, biz bunun üzərində işləyə bilərik”, - Bayden əlavə edib. (Mənbə: rbc.ua)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru