Peskov Putinin qiyamdan sonra Priqojinlə görüşdüyünü TƏSDİQLƏDİ: “Kremlə 35 nəfərlə gəlmişdi, 3 saat…”

10-07-2023, 17:39           
Peskov Putinin qiyamdan sonra Priqojinlə görüşdüyünü TƏSDİQLƏDİ: “Kremlə 35 nəfərlə gəlmişdi, 3 saat…”
Kreml Rusiya prezidenti Vladimir Putinin “Vaqner” qrupunun komandirləri, şirkət rəhbərliyi, o cümlədən Yevgeni Priqojin ilə iyunun 29-da baş tutan görüşünü təsdiqləyib.

Teref.az Interfax-a istinadla xəbər verir ki, bu barədə Dmitri Peskov danışıb:

“Həqiqətən də prezidentin belə bir görüşü olub, o, 35 nəfəri Kremlə dəvət edib: bütün dəstə komandirlərini və şirkət rəhbərliyini, o cümlədən Priqojini. Bu görüş iyunun 29-da baş tutub, 3 saata yaxın davam edib”.

D. Peskov qeyd edib ki, görüşün təfərrüatları ona məlum deyil: “Yalnız onu deyə bilərik ki, prezident “xüsusi hərbi əməliyyat” zamanı şirkətin cəbhədəki hərəkətlərinə qiymət verib. Putin komandirlərin izahatlarını dinləyib, onlara işlə təmin olunma və gələcək döyüşlərdə istifadə üçün əlavə variantlar təklif edib.

Komandirlər özləri baş verənlərlə bağlı öz versiyalarını təqdim etdilər, onlar dövlət başçısının və Ali Baş Komandanın sadiq tərəfdarları və əsgərləri olduqlarını vurğuladılar, həmçinin Vətən uğrunda döyüşməyə davam etməyə hazır olduqlarını bildirdilər”.

Xatırladaq ki, iyunun 23-24-də Rusiyada “Vaqner”in iştirakı ilə silahlı qiyam baş verib.

yenisabah.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.