Putin əmr etdi, deputatlar razılaşdı: yerli avtomobil sürəcəklər

4-08-2023, 19:18           
Putin əmr etdi, deputatlar razılaşdı: yerli avtomobil sürəcəklər
“Fraksiya rəhbərləri prezidentin mövqeyini dəstəkləyir və sentyabrdan yerli avtomobillərdən istifadə etməyə hazırdırlar”.
Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, Dövlət Dumasının deputatları “Moskviç”, “Lada” və “Aurus” markalı avtomobillərdən istifadə etmək niyyətindədirlər.
“Özümüzdən başlamalıyıq. Biz Dövlət Dumasının fraksiya rəhbərləri ilə deputatların ölkədə yığılan avtomobillərdən istifadə məsələsini müzakirə etdik. Hər kəs bu qərarı dəstəkləyir. Razılaşdıq ki, deputatlar “Moskviç”, “Lada”, “Aurus” markalı avtomobillərdən istifadə etsinlər. Tezliklə “Volqa” markalı avtomobillərin istehsalına başlanılacaq. Biz ondan da istifadə etməyi planlaşdırırıq”, – deyə cənab Volodin jurnalistlərə bildirib.
O qeyd edib ki, artıq yerli istehsal olan “Arus” markalı avtomobildən istifadə edir:
“İşdən sonra isə “Moskviç-3” markalı avtomobil sürürəm. “Yaxşı maşındır – geniş, qənaətcil və etibarlı”.
Qeyd edək ki, avqustun 3-də Rusiya prezidenti Vladimir Putin istehsal müəssisələrinin rəhbərliyi ilə görüşündə bütün məmurların yerli avtomobillərdən istifadəetməli olduğunu bildirib. Onun fikrincə, bu, təkcə avtomobillərin deyil, digər yerli məhsulların da inkişafına səbəb olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.