Ramzan Kadırov sülh danışıqlarının qəti əleyhinədir: Heç bir mənası yoxdur

12-08-2023, 09:04           
Ramzan Kadırov sülh danışıqlarının qəti əleyhinədir:
Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, hazırda Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların Rusiya üçün heç bir mənası yoxdur.

Rusiya həm cəbhədə, həm də beynəlxalq səviyyədə qalib gəlir. Ona görə də Moskva nümayəndələri qələbəyə qədər danışıqlarda iştirak etməməlidirlər.

Editor.az bildirir ki, bu barədə Kadırov Telegram kanalında yazıb. “Müxtəlif ölkələrin nümayəndələri Ukraynadakı vəziyyətlə bağlı danışıqlar mövzusunu getdikcə daha çox müzakirə edirlər.

Onların ən təşəbbüskarı münaqişənin sülh yolu ilə həlli üçün konkret plan təklif edir. Lakin mən bununla qətiyyən razı deyiləm”, – Kadırov deyib. Çeçenistan rəhbərinin sözlərinə görə, indi “danışıqların heç bir mənası yoxdur”. O hesab edir ki, Rusiya həm döyüş meydanında, həm də beynəlxalq siyasi arenada hazırkı vəziyyətdən kifayət qədər razıdır: Qərbin silahları Ukrayna silahlı qüvvələrinə Rusiya ordusu tərəfindən işğal olunmuş ərazilərə nəzarəti bərpa etməyə kömək etmədi və bu cəhdlər “qeyri-müəyyəndir”.

Rusiya Federasiyasını təcrid etmək, ona qarşı sanksiyalar tətbiq etmək cəhdi uğursuz alınıb. “Onlar gözlənilmədən iqtisadi çöküşün astanasında qalıblar. Rusiya isə istehsalın sürətini artırıb və daxili bazarı xeyli zənginləşdirib”, – deyə region rəhbəri yazıb.

Onun fikrincə, Qərbin məhdudiyyətləri və Qərb şirkətlərinin Rusiyadan getməsi səbəbindən kiçik və orta bizneslə məşğul olmaq üçün şərait yaxşılaşıb. “İndi onlar müxtəlif bəhanələrlə geri qayıtmaq istəyirlər. Bu, sanksiyaların gözlənilən dağıdıcı reaksiyaya səbəb olmadığını göstərir”, – deyə o bildirib.

“Biz həm döyüş meydanında, həm də beynəlxalq siyasi arenada, bütün cəbhələrdə qalib gəlirik. Yalnız başlananı sona çatdırmaq qalır”, – deyə Ramzan Kadırov yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.