Rusiya işğalçı ordusunda panika artır, fərari, alkoqolik və narkomanların sayı çoxalır...

13-08-2023, 14:34           
Rusiya işğalçı ordusunda panika artır, fərari, alkoqolik və narkomanların sayı çoxalır...
Rusiya işğalçıları arasında panika artır və fərarilərin sayı çoxalır.

Teref.az moderator.az-a istinadla xəbər verir kiŞ Ukrayna Ordusu Baş Qərargahının səhər xülasəsində bildirildiyinə görə, müvəqqəti işğal altında olan Xerson vilayətinin Qornostayevka kəndində ruslar özləri üçün hərbi patrul xidməti tətbiq ediblər. Patrulçular və komendaturanın hərbi qulluqçuları öz əsgərləri arasında fərarilər tapmaq üçün hər evi gəzirlər. Mütəmadi içib sərxoş olan və narkotik istifadə edən işğalçıların sayında da xeyli artım var.

Qeyd olunur ki, komandanlıq belə hərəkətlərə ona görə əl atır ki, Rusiya Federasiyasının qəsəbəyə və onun yaxınlığına yeni gəlmiş hərbi qulluqçuları arasında təkcə fərarilərin deyil, həm də hərbi xidmət zamanı spirtli içkilər və narkotiklərdən istifadə edənlərin sayı da xeyli artıb. İşğalçılar xidmət yerlərindən qaçaraq tərk edilmiş binalarda gizlənməyə çalışırlar”, - deyə idarədən bildirilib.

“UNİAN”-ın daha əvvəl xəbər verdiyi kimi, iyunun əvvəlində 90-a yaxın rus əsgəri Luqansk vilayətinin Arapovka rayonundan qaçıb.

Bu yaxınlarda isə Zaporojye vilayətində Xəzər flotiliyasından olan 50-yə yaxın etnik dağıstanlı silahları sıradan çıxararaq döyüşməkdən imtina ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru