Borrell bu nazirləri Kiyevə toplayacaq

19-09-2023, 16:14           
Borrell bu nazirləri Kiyevə toplayacaq
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Kiyevdə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünü açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, bunu Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak çərçivəsində Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, nazirlərin görüşünün bəndlərindən biri Rusiya Federasiyasının ona qarşı təcavüzkar müharibəsi kontekstində Ukrayna qarşısında gələcək təhlükəsizlik öhdəlikləridir.

“Mən nazirlərin müzakirəsini davam etdirəcəkləri bir sıra təklifləri masaya qoymuşam”, – Borrell bildirib.

Mehti Kamiloğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru