Fransanın Ermənistana silah satmaq istəyi digər Avropa ölkələrinin Azərbaycana silah və hərbi texnika satmaq yolunu açacaq.

4-10-2023, 08:28           
Fransanın Ermənistana silah satmaq istəyi digər Avropa ölkələrinin Azərbaycana silah və hərbi texnika satmaq yolunu açacaq.
Fransanın xarici işlər naziri İrəvanda deyib ki, ölkəsi Ermənistanla hərbi saziş imzalamağa və Ermənistana hərbi texnika satmağa hazırdır. Narahat olmağa dəyməz, əksinə Fransanın Ermənistana silah satmaq istəyi digər Avropa ölkələrinin Azərbaycana silah və hərbi texnika satmaq yolunu açacaq. Çünki uzun illər Avropa Birliyi ölkələrinin Azərbaycana və Ermənistana silah və hərbi texnika satılmaması barədə ortaq qərarı var idi. Fransa bu qeyri-rəsmi embarqo qərarını Ermənistanın xeyrinə pozacaqsa, digər Avropa ölkələri Azərbaycanın siah və hərbi texnika satmaq istəyəcəklər. Bu sırada ilk növbədə İtaliyanın adını çəkə bilərik. Şərqi Avropa ölkələrinin də müxtəlif silah və hərbi texnika istehsalı mövcuddur.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.