Husilər Fələstinə 100 min döyüşçü göndərmək istəyir

14-10-2023, 10:18           
Husilər Fələstinə 100 min döyüşçü göndərmək istəyir
Yəmənin paytaxtı Səna və üsyançı husilərin nəzarətində olan digər vilayətlərdə Fələstin xalqına kütləvi dəstək nümayişi keçirilib.

Axar.az xəbər verir ki, bu barədə yerli “əl-Masira” telekanalı məlumat yayıb.

Nümayişçilər Fələstin bayraqları qaldıraraq, Fələstin müqavimətini dəstəkləyən şüarlar səsləndiriblər.

“Ənsarullah” (husi) hərəkatının nümayəndəsi döyüşdə real iştiraka və Fələstini, Fələstin xalqını və müqəddəs yerləri müdafiə etmək üçün yüzminlərlə döyüşçü göndərməyə hazır olduqlarını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru