"AŞPA-da səlahiyyətlərimi təsdiq etmirlər" - Gürcüstanda müxalif deputatdan hakim partiyaya ittiham

15-10-2023, 00:01           
"AŞPA-da səlahiyyətlərimi təsdiq etmirlər" -
«İndiyədək “Gürcü arzusu” Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mənim səlahiyyətlərimi təsdiq etməyib. Müxalifət nümayəndələri olmadan onlar üçün Rusiyanın maraqlarını, indiki halda Putinin şəxsi maraqlarını, beynəlxalq aləmdə müdafiə etmək daha rahatdır».

"Vahid Milli Hərəkat" Partiyasının parlament fraksiyasının sədri Tina Bokuçava bildirib.

Onun sözlərinə görə, “İvanişvili rejiminin nümayəndələri Gürcüstanın milli maraqlarını müdafiə etmək əvəzinə, beynəlxalq arenada Putin və Rusiyanın mövqelərini müdafiə edirlər”.

Onun sözlərinə görə, Gürcüstanda Rusiyanın baza açmaq planı ilə bağlı NATO PA-da qəbul olunan qətnaməyə Gürcüstanla bağlı önəmli düzəlişlər edilməsində, onun rolu olub, Lakin həmin iclasda Gürcüstanın hakim partiyasından heç kim iştirak etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru