"Ukraynaya silah tədarükü münaqişənin bitməsinə kömək etməyəcək" - Almaniyanın eks-kansleri

15-10-2023, 00:06           
"Ukraynaya silah tədarükü münaqişənin bitməsinə kömək etməyəcək" -
Almaniyanın keçmiş kansleri Gerhard Şröder xüsusilə Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Ukraynaya getdikcə daha çox silah verilməsinin münaqişəyə son qoyacağına inanmadığını bildirib.

"AzPolitika.info" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Almaniyanın "Süddeutsche Zeitung" qəzetinə müsahibəsində bildirib.

Şröder hesab edir ki, Ukrayna münaqişəsinə “hökumətlərin və dövlətlərin hazırkı liderləri səviyyəsində” son qoymaq olar. Eyni zamanda ek-kansler vurğulayıb ki, Olaf Şolts və Emmanuel Makron tərəfindən təmsil olunan sülh yolu ilə heç bir irəliləyiş əldə edilməyib.

Keçmiş kansler həmçinin xatırladıb ki, 2022-ci ilin martında İstanbulda danışıqlarda Ukraynanın neytrallığı və NATO-ya üzv olmaqdan imtina da daxil olmaqla bir sıra təşəbbüsləri irəli sürüb. O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə dostluğunu davam etdirir, lakin Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.