Netanyahu: “HƏMAS hücumu 11 sentyabrdan daha böyük fəlakətdir”

18-10-2023, 10:14           
Netanyahu: “HƏMAS hücumu 11 sentyabrdan daha böyük fəlakətdir”
Oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşmasından radikalların İsrailə sızması və çoxlu israillinin ölümünə səbəb olması 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarından daha böyük bir milli miqyasda fəlakət idi.
Bu fikri İsrailin baş naziri Benyamin Netanyahu yəhudi dövlətinə səfərə gələn Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, HƏMAS-ın əsas məqsədi “mümkün qədər çox yəhudini öldürmək” idi:
“Bacarsalar, hər birimizi öldürərdilər. Sadəcə olaraq, onların imkanları yoxdur, lakin çoxlu sayda - 1300 mülki vətəndaşı öldürüblər. Odur ki, biz HƏMAS-ı məğlub etmək üçün hərəkətə keçməliyik və bunun bir daha təkrarlanmamasına əmin olmalıyıq. Ancaq bu, təkcə bizim döyüşümüz deyil, ümumi döyüşdür. Sivilizasiyanın barbarlığa qarşı mübarizəsidir”.\\Demokrat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru