Kremlin ən mürtəce "siyasi texnoloqlarından" Modest Kolerovun açıqlamasının pərdəarxası

20-10-2023, 08:24           
Kremlin ən mürtəce "siyasi texnoloqlarından" Modest Kolerovun açıqlamasının pərdəarxası
Kremlin ən mürtəce "siyasi texnoloqlarından" (əslində isə adi qaydasız təbliğatçısı) olan Modest Kolerov Azərbaycanın Zəngəzuru guya özünə birləşdirəcəyi haqda sərsəm açıqlama verib, bizdəki xeyli media resursu da onu tirajlayıb
Əziklikdən İrəli gələn məlum milli natamamlıq kompleksi və ya xalq arasında deyildiyi kimi, xan məni danışdırdı məsələsi, bilmirəm. Təki kimsə kənardan nəsə xeyrimizə desin...
Amma öncə qısaca Kolerov haqqında bir neçə kəlmə.
Modest Kolerov tipik rus şovinistidir və onun Azərbaycanla əlaqələri daim olub. Belə ki, başqa bir alçaq Kreml "texnoloqu" Qleb Pavlovskiy ilə birlikdə Azərbaycanda seçkilərin saxtalaşdırılması, siyasi rəqiblərə qarşı çirkli təbliğat və s. məsələlərdə fəal iştirak edib.
İndi bu yaramaz Azərbaycandan rus "sülhməramlılarının" tezliklə çıxacağı, Zəngəzurun Azərbaycana birləşəcəyi haqda dezinformasiya yayır, bizimkilər isə onu mahiyyətinə varmadan tirajlayırlar.
Halbuki həmin alçaq Zəngəzurun Azərbaycana birləşəcəyini "anşlüz" adlandırır, bizimkilər də bunu məmnuniyyətlə yayırlar. Anşlüz, yəni faşist Almaniyasının Avstriyanı özünə birləşdirməsi. Konkret halda isə Azərbaycanın faşist Almaniyası ilə eyniləşdirilməsi.
Ərəstun Oruclu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.