Tehranın İsrail çağırışı: Bakı və Astana da qoşulsa… - “Blumberq”

20-10-2023, 09:03           
Tehranın İsrail çağırışı: Bakı və Astana da qoşulsa… - “Blumberq”
Bu ilin may ayının ortalarından etibarən İsrail gündəlik olaraq 220 min barrel neft idxal edib ki, bunun da 60 faizi müsəlman ölkələrindəndir.

Teref.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Nəşr qeyd edib ki, Tehranın müsəlman ölkələrinə İsrailə neft embarqosu ilə bağlı çağırışı Təl-Əvivə gözlənilən qədər zərər vura bilməz:

“Çünki neft bazarı qlobal bazardır və müsəlman ölkələr Tehranın çağırışına qoşulsa, İsrail embarqonun yaratdığı narahatlıqları aradan qaldırmağa qadirdir. O şərtlə ki, Azərbaycan və Qazaxıstan bu çağırışdan imtina etsin”.

Analitiklərin fikrincə, əgər İsrailin əsas idxalçılarından olan Azərbaycan, o cümlədən Qazaxıstan da embarqo tətbiq etsə, onda İsrail üçün vəziyyət ciddi şəkildə mürəkkəbləşəcək:

“Bu halda neft qəbul edən limanların və sahilyanı ərazilərin təhlükəsizliyinin təmin edilməsi İsrail üçün əsas prioritet olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.