Ərəb ölkələri Türkiyəni İsrailə qarşı qaldırıb özləri arxa planda başlarını girləyirlər...

14-11-2023, 10:54           
Ərəb ölkələri Türkiyəni İsrailə qarşı qaldırıb özləri arxa planda başlarını girləyirlər...
Azərbaycanda İsrail bayrağı yandırılıb. Bu, 10 il əvvəlin söhbətidir. Nardaranda radikal dinçilər ABŞ və İsrail bayraqlarına od vurublar...
Ermənilər isə Azərbaycan ilə İsrailin arasını vurmaq üçün 10 il əvvəlki kadrları X (Twitter) üzərində tirajlamağa başlayıblar...
Bunu ermənilər edir. Azərbaycan və Türkiyədə də İsrail məsələsinə fake yanaşma müşahidə olunur. Belə ki, Azərbaycanın paytaxtı Bakının simvollarından biri olan “Alov qüllələri” (Flame Towers) terrorçu "Həmas" təşkilatı ilə silahlı münaqişədə dəstəkləmək məqsədilə İsrail bayrağının proyeksiyasın əks etdirən foto məqsədli şəkildə fake xəbər kimi yayılırdı. Halbuki həmin proyeksiya 28 iyun 2015-ci ildə Bakıda keçirilən 1-ci Avropa oyunları zamanı iştirakçı dövlətlərdən biri olan İsrail komandasını salamlamaq məqsədilə nümayiş olunub...
Bu kimi məsələlərdə diqqətli olmaq lazımdır. Bu kimi kənaraçıxmalar Azərbaycanın dövlət maraqlarına ziddir...
Yəni bu məsələyə ölçülü-biçili münasibət sərgiləmək ən optimal və avantajlı yoldur. Sadəcə bir faktı deyim: Ərəb Dünyasının əsas ölkəsi Səudiyyə Ərəbistanıdır. Bu ölkənin vəliəhdi Məhəmməd bin Salman ilk dəfə dünən bu məsələyə münasibət bildirib. Özü də son dərəcə yumşaq şəkildə. 1 aydan çoxdur ki, Qəzzada qırğın gedir, bu hələ indi ağzın açır...
Ərəb ölkələri Türkiyəni İsrailə qarşı qaldırıb özləri arxa planda başlarını girləyirlər...
Təbii ki, biz Azərbaycan olaraq Qəzzada yaşananlara etiraz etməliyik. Ancaq qədərində. Yəni bu məsələdə ərəblərdən qabağa keçməyə can atmayaq, ərəbdən artıq ərəb olmaq lazım deyil. Heç ərəblər Qarabağa görə xüsusi fəallıq göstərməyiblər. Tam əksinə, II Qarabağ müharibəsi zamanı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri Ermənistanın yanında olub. Biləsiz ki, Ermənistana dəstək verən təkcə İran deyildi...
İndi bəzi sadəlövhlər də deyir ki, bu ipiqırıq ərəblərə görə biz İsrail ilə düşmən olaq...

Elbeyi Həsənli
Teref: Xocanın Blogu
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.