İlon Maskın işçilərinin vəziyyəti ABŞ hökumətinin diqqətini çəkib

20-11-2023, 15:44           
İlon Maskın işçilərinin vəziyyəti ABŞ hökumətinin diqqətini çəkib
“SpaceX”, “Tesla” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Maskın şirkətlərində çalışan işçilərin travmaları və xəsarətləri ABŞ hökumətinin diqqətini çəkib.

Bununla bağlı yayılan məlumata görə, ən azı üç deputat bu barədə araşdırma aparılmasının lehinə səs verib. Onların hamısı Demokrat Partiyasındandır və Kaliforniya, Nyu Cersi kimi ştatları təmsil edirlər.

Kaliforniyanın Elm, Kosmos və Texnologiyalar Komitəsinin baş demokratı Zoi Lofqren bildirib ki, mediada “SpaceX” şirkətinin işçilərinin xəsarət alması barədə xəbərlər dərin narahatlıq doğurur. O, buna çox ciddi yanaşmağın zəruriliyini vurğulayıb. Nümayəndələr Palatasının Təhsil və İşçi Qüvvəsi Komitəsinin üzvü Mark Takano da Lofqrenlə həmrəy olaraq eyni fikiri bildirib.

“SpaceX”də bu dəhşətli və tez-tez baş verən qayda pozuntuları qəbuledilməzdir. Xüsusilə federal hökumətin şirkətlə tərəfdaşlığı fonunda qurbanlara görə məsuliyyətə cəlb edilmənin vaxtı çoxdan çatıb”, - deyə Takano bildirib.
“SpaceX” şirkəti yayılan xəbərlərlə bağlı hər hansı şərh verməyib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru