İsrail öz səhvlərindən məğlub olub - İranlı general

20-11-2023, 17:26           
İsrail öz səhvlərindən məğlub olub - İranlı general
İsrail həm Fələstin xalqının müqaviməti, həm də öz səhvləri ucbatından məğlub olub.

Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") baş komandanı, general-mayor Hüseyn Səlami deyib.

O bildirib: “Sionistlər uşaqları və körpələri hədəfə alaraq, Qəzza zolağında məzlum Fələstin xalqını bombalayaraq, qələbə çalmağa çalışırlar. Düşmən günahsız Fələstin xalqının müqaviməti və öz səhvləri sayəsində məğlub olub”.

Səlami əlavə edib ki, İsrail Qəzza zolağında əməliyyatını genişləndirib və müsəlman döyüşçülərin hücumuna məruz qalıb, nəticədə "hər gün ən azı 15 tank və bir neçə zirehli transportyor məhv edilir".

Onun sözlərinə görə, “Fələstin müqavimət qruplarının İsrailə qarşı davam edən “Əl-Əqsa Fırtınası” adlı hərbi əməliyyatı ABŞ-ın dünyadakı mövqeyini sarsıdıb.

"Sepah" komandanı qeyd edib ki, Qəzza zolağında baş verən hadisələr Qərb hökumətləri və sionistlərin müsəlmanlara qarşı gizli siyasətini üzə çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru