Senatorlardan Baydenə Qəzza məktubu: Bizə qoşulun!

21-11-2023, 11:39           
Senatorlardan Baydenə Qəzza məktubu:
ABŞ-ın bir qrup senatoru Prezident Co Baydenə məktub göndərərək, onu Qəzza zolağına fasiləsiz humanitar yardımın çatdırılmasını təmin etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı məktubu imzalayanlardan biri olan Virciniya ştatından demokrat Tim Keyn verib.

Senatorlar Baydeni Qəzzada mülki əhalinin müdafiəsi planını həyata keçirmək üçün İsrail və ABŞ-ın beynəlxalq tərəfdaşları ilə işləməyə çağırıblar.

"Davamlı humanitar yardım təchizatını təmin edin və HƏMAS təhlükəsinə uzunmüddətli son qoyun. Ümid edirik ki, müttəfiqimiz İsraili Qəzza zolağında günahsız mülki şəxslərə mühüm humanitar yardım göstərmək üçün təcili addımlar atmağa təşviq etməkdə bizə qoşulacaqsınız”, - məktubda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru