AZAL Bakı ilə Kibrısı yaxınlaşdırmaqdan dahada uzaqlaşdırır - 800 manata təyyarə bileti
21-11-2023, 16:36
Kuzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Ersin Tatar oktyabr ayında Bakıda oldu, prezident İlham Əliyevlə geniş fikir mübadiləsi apardı. Azərbaycanla Kuzey Kıbrıs Türk Cumhuriyyəti arasında müxtəlif sahələrdə əməkdaşlıq qərarı verildi. İki ölkə arasında əməkdaşlığın genişlənməsinin əsas şərtlərdindən biri təyyarə reysləridir. Bakı-Lefkoşe birbaşa təyyarə reysinin açılmasının çətinlikləri olsa da, hələlik İstanbul və Antalya üzərindən uçuşların yerinə yetirilməsi planlaşdırılıb. Maraqlandım, aprel ayı üçün Kuzey Kıbrıs Türk Cumhuriyyətinə 1 nəfər üçün gediş-gəliş biletinin ən uyğun qiyməti 800 manatdır. Bu çox böyük məbləğdir. Təyyarə biletlərinin qiyməti bu civarda qalacaqsa, iki ölkə arasında gediş-gəlişin artacağı, turizmin və ticarətin həyata keçirilməsi arzu olaraq qalacaq. Elxan Şahinoğlu - politoloq Teref. Xocanın Blogu Səhifəmiz hamnın üzünə açıqdır.