Lavrov erməni həmkarına irad tutub - “Sizin səfiriniz sərbəstdir, göstərişsiz işləyir?”

30-11-2023, 19:14           
Lavrov erməni həmkarına irad tutub -
Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyana irad tutub.

KONKRET. az xəbər verir ki, hadisə Lavrovla Mirzoyanın Şimali Makedoniya paytaxtı Skopyedə görüşü zamanı baş verib.

Görüşdən yayılan qısa videoda Lavrovun Mirzoyana irad tutduğu müşahidə olunub.

“Sizin səfiriniz sərbəstdir, göstərişsiz işləyir?” – deyə Lavrov Mirzoyanı Ermənistanın Vyanadakı və ATƏT-dəki səfirinin fəaliyyətinə görə qınayıb.

Qeyd edək ki, KİV-lərdə Ermənistanın Avropadakı səfirlərinin anti-Rusiya fəaliyyətlərində fəal iştirak etdiklərinə dair məlumatlar yayılmaqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru