Lavrov Moldovaya xəbərdarlıq etdi – “Növbəti qurban olacaq...”

30-11-2023, 11:45           
Lavrov Moldovaya xəbərdarlıq etdi –
“Qərb emissarlarının və fondlarının fəaliyyət göstərdiyi bütün ölkələr ciddi-ciddi düşünməlidir”

Rusiya Xarici içlr naziri Sergey Lavrov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışında Qərb ölkələrinin ünvanına sərt ittihamlar səsləndirib.O, vurğulayıb ki, ATƏT artıq uçrumun qarşısındadır.

Nazir deyib ki, Qərb ölkələri ATƏT-in, NATO və Avropa Birliyinin əlavəsinə çeviriblər. O, təşkilatın dirçəldilməsi zərurəti ilə bağlı Qərbin niyyətindən şübhələndiyini bildirib.

Lavrov çıxışında Kremlin Ukrayna müharibəsi ilə bağlı tezisini təkrarlayıb, həmçinin Moldovanı təhdid edərək, onun “Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı” ola biləcəyini deyib. Lavrovun sözlərinə görə, Qərb emissarlarının və fondlarının fəaliyyət göstərdiyi bütün ölkələr ciddi-ciddi düşünməlidir.

Qeyd edək ki, Rusiya XİN rəhbəri ötən ilin fevralında Rusiya ordusunun Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ilk dəfədir ki, belə bir görüşdə iştirak edir. Şimali Makedoniya və Yunanıstan öz hava məkanını Rusiya nümayəndə heyətinin təyyarəsi üçün açmağa razılaşıb. Bundan əvvəl bu ölkələrin hakimiyyət orqanları Rusiya təyyarələrinin onların hava məkanına daxil olmasına qadağa qoyub.

Bolqarıstan Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın göyərtəsində olması səbəbindən hava məkanını açmaqdan imtina edib.

"Bolqarıstan Xarici İşlər Nazirliyinin rəsmi notasında belə yazılıb: təyyarə Bolqarıstan üzərində uça bilər, lakin Mariya Zaxarova təyyarədə uça bilməz", - Zaxarova Teleqramında yazıb.

O, baş verənləri "rusofobların pis axmaqlığı" adlandırıb.

Lavrov və Zaxarova Aİ-nin sanksiya siyahısına daxil edilib. Lakin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə bağlı Avropa Komissiyası izahat verib ki, razılaşdırılmış Skopye səfəri sanksiyaların pozulması olmayacaq.

Baltikyanı ölkələrin və Ukraynanın xarici siyasət idarələrinin rəhbərləri Lavrovun gəlişinə etiraz əlaməti olaraq daha əvvəl iclasda iştirakdan imtina etmişdilər.

Lavrovun çıxışı zamanı Ukrayna və bir sıra digər ölkələrin nümayəndə heyəti, çıxışından sonra isə Lavrovun özü zalı tərk edib.

Plenar iclasdan əvvəl Lavrov Avstriya xarici işlər naziri Şallenberq ilə görüşüb. Avstriya Xarici İşlər Nazirliyi görüşün ATƏT-in müraciəti əsasında keçirildiyini açıqlayıb - bu təşkilatın mənzil-qərargahı Vyanada yerləşir. Görüşdə ATƏT-də rəhbər vəzifələrə təyinatlar müzakirə edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.