Husilər Qırmızı dənizdə İsrail gəmilərini blokadaya almağa davam edəcəklərini bildiriblər

1-12-2023, 15:23           
Husilər Qırmızı dənizdə İsrail gəmilərini blokadaya almağa davam edəcəklərini bildiriblər
Yəmənin üsyançı hərəkatı “Ənsar Allah” (husilər) Qırmızı dənizdə İsrail gəmilərini blokadaya almağa davam edəcək.

Bu barədə onların silahlı qüvvələrinin bəyanatında deyilir.

Hərəkat nümayəndəsi Yəhya Sariya “Telegram” kanalında dərc edib.

“Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə İsrail gəmilərini mühasirəyə almağa davam edəcək və bu qərarın tam şəkildə həyata keçirilməsi üçün əlavə tədbirlər görəcək”, - deyə məlumatda qeyd olunub.
Husilər qeyd ediblər ki, İsrail noyabrın 24-də müvəqqəti humanitar atəşkəsin qüvvəyə mindiyi Qəzza zolağına yenidən zərbə endirməyə başlayarsa, İsrailə qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdırlar. Eyni zamanda, “Ənsar Allah” hərəkatı İsrail tərəfinin Fələstin anklavının sakinlərinə qarşı aqressiyanı dayandıracağı təqdirdə zərbə endirməyi dayandırmağa hazırdır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru