Üç ölkə prezidenti Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdi - FOTO

2-12-2023, 15:54           
Üç ölkə prezidenti Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdi - FOTO
Litva, Latviya və Polşa prezidentləri Gitanas Nauseda, Edqars Rinkeviçs və Anjey Duda Birləşmiş Millətlər Təşkilatının (BMT) Dubayda keçirilən iqlim konfransında bütün iştirakçılarla birgə şəkil çəkdirməkdən imtina ediblər.

Buna səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun da orada iştirakı olub.

Litva prezidenti Gitanas Nauseda bildirib ki, bu foto “ailə fotosu” adlanır, Belarus prezidenti isə onların mənsub olmaq istədikləri ailəyə aid deyil.

Mənbə: “RİA Novosti” “Telegram”













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru